...

Mübariz Qurbanlı: Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Yanvar 2013 15:16 (UTC +04:00)
Xocalı ilə Yerevan hava limanları arasında sərnişindaşımanı həyata keçirməyə yönələn cəhdlər Ermənistanın sülh danışıqlarını ləngitmək, prosesə zərbə vurmaq üçün fitnəkar xarakterli addımlarındandır.
Mübariz Qurbanlı: Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmalıdır

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir M.Əliyev/

Xocalı ilə Yerevan hava limanları arasında sərnişindaşımanı həyata keçirməyə yönələn cəhdlər Ermənistanın sülh danışıqlarını ləngitmək, prosesə zərbə vurmaq üçün fitnəkar xarakterli addımlarındandır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsində deyib.

"Bu, qeyri-qanuni bir cəhddir. Beynəlxalq Aviasiya Agentliyi də məsələyə bu cür yanaşır. Rəsmi Bakı da beynəlxalq hüquq normalarında və konvensiyalarda əks olunmuş prinsip və müddəalara istinad edərək buna öz etirazını bildirir. Bütün hallarda hüquq bizim tərəfimizdədir. Bunun qarşısını almaq üçün edilən diplomatik səylər davam etməkdədir", - o bildirib.

Qurbanlı vurğulayıb ki, Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmalıdır.

"Azərbaycan bu məsələdə birmənalı şəkildə mövqeyini nümayiş etdirib və bizim siyasətimizin başlıca qayəsini işğal edilmiş torpaqların tam geri qaytarılması təşkil edir. Dövlətimiz bu məsələdə hansısa bir kompromisdən bəhs etmir. Bizim ən böyük kompromisimiz münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olmağımızdır", - deputat deyib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq normalarına və konvensiyalara müvafiq olaraq öz ərazisini işğaldan azad etmək hüququnu özündə saxlayır.

"Üstəlik, bunu müttəfiq dövlətlərin iştirakı ilə də edə bilər", - Qurbanlı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti