...

Avropa Xalqları Partiyasının Gənclər Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Aİ-yə üzv dövlətlərə müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Fevral 2013 13:34 (UTC +04:00)
Avropa Xalqları Partiyasının Gənclər Təşkilatı Qarabağ münaqişəsi ilə bağlı Avropa İttifaqına üzv olan dövlətlərə müraciət edib.
Avropa Xalqları Partiyasının Gənclər Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Aİ-yə üzv dövlətlərə müraciət edib

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İ.İsabalayeva/

Avropa Xalqları Partiyasının Gənclər Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa İttifaqına üzv olan dövlətlərə müraciət edib.

Avropa-Azərbaycan Cəmiyyətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, fevralın 9-da Avropa Xalqları Partiyası Gənclər təşkilatı (YEPP) Şurasının Tirana şəhərində (Albaniya) keçirilmiş içlasında Avropanın enerji təhlükəsizliyinə dair qətnamə qəbul edilib. Sənəddə bu sahədə Azərbaycanın rolu xüsusi vurğulanıb, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı pislənib.

YEPP-nin qətnaməsində Avropa İttifaqına üzv dövlətlərə çağırış da ifadə edilib. Qətnamədə deyilir ki, Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarının işğalına son qoyması üçün Ermənistan hökumətinə müraciət edilməlidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, onun sərhədlərinin toxunulmazlığı və əhalisinin sərhəd regionlarında yaşamasının təhlükəsizliyi gecikdirilmədən tam təmin olunmalıdır.

"Təəssüf ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar bu vaxta qədər uğurlu olmayıb. Buna görə də təxirə salınmadan Azərbaycanın beynəlxalq hüquqa əsasən legitim ərazisinin bütövlüyünün təmin edilməsinə olan tələbləri yerinə yetirilməlidir", - qətnamədə bildirilib.

YEPP Avropa Xalqları Partiyasının (EPP) rəsmi gənclər təşkilatı olmaqla bərabər, Avropanın 39 ölkəsindən 57 sağ-mərkəzçı siyasi gənclər təşkilatını bir arada birləşdirən qurumdur. 1997-ci ildə təsis olunmuş YEPP inkişaf edərək Avropanın ən böyük siyasi gənclər təşkilatına çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti