...

Azərbaycan XİN Xocalıdakı hadisələrin soyqırım kimi qiymətləndirilməsi üçün hər cür səy göstərəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2013 16:22 (UTC +04:00)
Azərbaycan dünya ictimaiyyətinin Xocalı soyqırımını tanıması üçün böyük səy göstərir. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev brifinqdə deyib.
Azərbaycan XİN Xocalıdakı hadisələrin soyqırım kimi qiymətləndirilməsi üçün hər cür səy göstərəcək

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir S.Ağayeva/

Azərbaycan dünya ictimaiyyətinin Xocalı soyqırımını tanıması üçün böyük səy göstərir. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev brifinqdə deyib.

"Biz Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması prosesinin genişlənməsinin şahidi olduq. Ermənistan rəhbərliyi Xocalı faciəsində iştirakını gizlətməyə çalışır. Lakin hazırda dünya ictimaiyyəti tərəfindən soyqırım faktının tanınması üçün böyük səy göstərilir", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın özündə yaxşı başa düşürlər ki, Azərbaycanın yüzlərlə dinc sakininin öldüyü bu əmələ, soyqırıma görə məsuliyyətdən qaça bilməyəcəklər.

"ABŞ-ın Arkanzas ştatı və Rumıniya parlamenti tərəfindən Xocalı faciəsinin tanınması haqqında qəbul edilən qətnamələr təsdiq edir ki, beynəlxalq ictimaiyyət baş verənləri artıq anlamağa başlayıb. XİN beynəlxalq ictimaiyyət Xocalıdakı hadisələrə siyasi və hüquqi qiymət verməyənədək cəhd göstərməkdə davam edəcək", - Abdullayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti