...

Ermənilər prezident seçkilərindən sonra mövqelərimizi intensiv atəşə tutublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Fevral 2013 09:46 (UTC +04:00)
Dünən Ermənistanda prezident seçkiləri bitəndən sonra erməni bölmələri mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar.
Ermənilər prezident seçkilərindən sonra mövqelərimizi intensiv atəşə tutublar

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/

Dünən Ermənistanda prezident seçkiləri bitəndən sonra erməni bölmələri mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şıxlar, Cəvahirli, Şirvanlı və Qaraqaşlı, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli və Aşağı Veysəlli, Tərtər rayonunun Çaylı və Göyarx kəndləri yaxınlığında yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti