...

Səfir: Türkiyə və Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk qrupunun rolunu aktivləşdirməyə çalışır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2013 09:00 (UTC +04:00)
Türkiyə və Azərbaycan öz aralarında məsləhətləşmələr apararaq Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk qrupunun rolunu aktivləşdirməyə çalışır. Bunu çərşənbə günü Trend-ə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib.
Səfir: Türkiyə və Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk qrupunun rolunu aktivləşdirməyə çalışır (FOTO)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyə və Azərbaycan öz aralarında məsləhətləşmələr apararaq Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk qrupunun rolunu aktivləşdirməyə çalışır. Bunu çərşənbə günü Trend-ə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bildirib.

"Türkiyə və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində təslim olmağa hazırlaşmırlar. Ölkələr ən qısa zamanda erməni işğalını dayandırmaq üçün nə etməyin mümkün olması ilə bağlı məsləhətləşmələr aparırlar", - Coşqun deyib.

Onun sözlərinə görə, beynəlxalq birlik, o cümlədən Minsk qrupu bu məsələdə passivdirlər, çünki regionda açıq hərbi toqquşma yoxdur. Türkiyə və Azərbaycan dünyaya izah etməyə çağırır ki, hərbi əməliyyatların yoxluğu sülhün və təhlükəsizliyin zəmanəti deyil, çünki toqquşmalar mütəmadi olaraq baş verir ki, nəticədə Azərbaycan və Ermənistan ordularında itkilər olur.

Səfir bildirib ki, regionda sabitlik yalnız Ermənistanın Azərbaycan torpaqlarının işğalını dayandırmasından sonra təmin oluna bilər.

"Ermənistanın Azərbaycan torpaqlarını işğalı regionda vəziyyətin normallaşması yönündə ən başlıca maneədir. Yalnız Azərbaycan torpaqlarının işğalının dayandırılmasından sonra bütün regionun inkişafından danışmaq olar", - Coşqun bildirib.

O qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək və bu dəstək ölkələrin yaxın münasibətlərinin nəticəsidir.

Səfirin deyib ki, bütün beynəlxalq təşkilatların, o cümlədən, BMT-nin Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləmələrinə baxmayaraq, artıq 20 ildir ki, bu məsələdə heç bir irəliləyiş yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti