...

Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması ABŞ dövlət katibini qane etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 11:21 (UTC +04:00)
ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasından narazılığını ifadə edib.
Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması ABŞ dövlət katibini qane etmir

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir E.Tariverdiyeva/

ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasından narazılığını ifadə edib. Trend Ermənistan KİV-ə istinadən məlumat verir ki, bu barədə Kerrinin Ermənistan Prezidenti Serj Sarkisyana onun yenidən dövlət başçısı seçilməsi münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.

"Mən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının dinc həlli yolunun tapılması işində ölkənizə kömək etməyə hazıram və sizdən ATƏT-in Minsk qrupunun həmsədrlərinə yardımı davam etdirməyinizi xahiş edirəm. Status-kvonun saxlanması bizi qane edə bilməz, biz sülh prosesinə əsaslı yardımın təmin olunması üçün bu vaxtdan istifadə etməliyik", - təbrik məktubunda deyilir.

Qeyd edək ki, Ermənistanda prezident seçkiləri fevralın 18-də keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti