...

İAK nümayəndələri Şərqi Avropada "dondurulmuş" münaqişələrə həsr edilmiş seminarda iştirak ediblər (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2013 03:15 (UTC +04:00)
Aprelin 22-də İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri Şərqi Avropada "dondurulmuş" münaqişələrə həsr edilmiş seminarda iştirak ediblər. Trend-in məlumatına görə, müzakirələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi olaraq, toxunulub.
İAK nümayəndələri Şərqi Avropada "dondurulmuş" münaqişələrə həsr edilmiş seminarda iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Aprelin 22-də İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri Şərqi Avropada "dondurulmuş" münaqişələrə həsr edilmiş seminarda iştirak ediblər. Trend-in məlumatına görə, müzakirələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi olaraq, toxunulub.

Seminar İsveç beynəlxalq tədqiqatlar institutu tərəfindən təşkil olunub.

Tədbirin aparıcı qonaqları qismində insan haqları üzrə keçmiş Avropa Komissarı Tomas Hammerberq, İsveçin xarici işlər nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya məsələləri üzrə şöbəsinin müdiri Martin Haqstrem və digərləri iştirak ediblər.

Seminarda çıxış edən Martin Haqstrem bildirib ki, İsveç beynəlxalq hüquq normalarından irəli gələrək Şərqi Avropada, işğal edilmiş Azərbaycan torpaqlarındakı qondarma "respublikanı" tanımır. O, həmçinin, bildirib ki, çoxtərəfli "Şərq əməkdaşlığı" layihəsi Azərbaycanla Ermənistan arasında dialoqun qurulmasına töhfəsini verə bilər.

Seminarın gedişatında İsveç Azərbaycanlıları Konqresi İsveç beynəlxalq münasibətlər institutunun nəşr etdirdiyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş məqalənin də yer aldığı jurnalla bağlı mövqe ortaya qoyublar.

Belə ki, məqalə müəllifi Cənubi Qafqazdakı siyasi prosesləri təsvir etməklə, Dağlıq Qarabağı "xristian Ermənistanın tarixi ərazisi" kimi göstərib. Bu səbəbdən də etirazını bildirən İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri bu kobud səhvlə bağlı təcili addımların atılmasını tələb ediblər.

İsveç beynəlxalq münasibətlər institutunun nümayəndələri də öz növbəsində səhvə görə, üzrxahlıq ediblər və tezliklə mövcud məqaləyə dəyişiklik ediləcəyinə söz veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti