Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Barak Obama Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə cümə günü "Star" agentliyi xəbər yayıb.
Tərəflər regionda Azərbaycan və Ermənistan arasında münasibətləri, həmçinin İran, Əfqanıstan, Afrika və Myanmadakı vəziyyəti müzakirə ediblər.