...

Amerikalı diplomat: Vaşinqton və Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu artırmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 May 2013 10:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir S.Əhmədova/

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini və ABŞ Milli Təhlükəsizlik Şurasının sabiq yüksək rütbəli məmuru Devid Merkel hesab edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu artırmalıdır: "Düşünürəm ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu artırması çox vacibdir". Bu barədə Bakıda səfərdə olan Devid Merkel Trend-ə açıqlamasında deyib.

Merkel qeyd edib ki, Moskva da münaqişənin həllində daha çevik rol oynamalıdır: "Mən və digərləri Ağ Ev Administrasiyasını regional məsələlərlə məşğul olan və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Moskvanı daha çevik fəaliyyətə cəlb edə biləcək yüksək səviyyəli nümayəndəni təyin etməyə çağırmışıq".

Devid Merkel, həmçinin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi dörd qətnamənin də yerinə yetirilməsini vacib sayır: "Hazırda Azərbaycan BMT Təhlükəsizlik Şurasında mühüm rol oynayır. Düşünürəm ki, həm BMT Təhlükəsizlik Şurası, həm də Azərbaycanın müttəfiqləri həmin qətnamələrin yerinə yetirilməsi üçün real çağırışlar etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti