Azərbaycan, Bakı, 31 may /Trend/
Bu gün Ermənistan Prezidenti Serj Sarkisyan regional səfəri çərçivəsində Yerevana gələn Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə görüşüb. Bu barədə Trend cümə günü News.am-a istinadən məlumat verir.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Ermənistan və Aİ arasında münasibətlər, regional proseslər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə edilib.