...

Erməni silahlı bölmələri 6 istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyun 2013 10:10 (UTC +04:00)
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Erməni silahlı bölmələri 6 istiqamətdə atəşkəsi pozub

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Goranboy rayonunun Gülüstan, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti