Azərbaycan, Bakı, 3 iyul/ Trend, müxbir S.Əhmədova/
ABŞ ATƏT-in Minsk qrupuna yeni daimi həmsədrin təyin olunmasını səbrziliklə gözləyir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar junalistlərə açıqlamasında bildirib.
"Bu baş verəcək, lakin mən sizə dəqiq vaxtı deyə bilmərəm. ABŞ-ın yeni həmsədri kimi çoxlu namizədlər var. Ama mən onlar barəsində dəqiq məlumat verə bilmərəm," Morninqstar qeyd edib.
Səfir bilirib ki, ABŞ-ın hazırkı müvəqqəti həmsədri öz işinin öhdəsindən məharətlə gəlir.
Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkilərinə münasibət bildirərkən Morninqstar qeyd edib ki, ABŞ Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçirilməsinin tərəfdarıdır.