...

Almaniya Parlamentinin üzvü: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Avqust 2013 14:17 (UTC +04:00)
Xocalı hava limanının yenidən açılması qərarı sülh prosesinə mane olur və birmənalı olaraq münaqişənin kütləvi şəkildə kəskinləşməsinə gətirib çıxara bilər.
Almaniya Parlamentinin üzvü: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Azərbaycan, Bakı, 28 avqust / Trend, müxbir S.Əhmədova /

Xocalı hava limanının yenidən açılması qərarı sülh prosesinə mane olur və birmənalı olaraq münaqişənin kütləvi şəkildə kəskinləşməsinə gətirib çıxara bilər. Trend-in məlumatına görə, bunu Almaniya Parlamentinin Hüquq Komitəsinin üzvü, CDU/CSU fraksiyası Gənclər qrupunun sədri, CDU/CSU fraksiyasından olan deputat Marko Vandervitz Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında bildirib.

"Hava limanının açılması barədəki müzakirələr bu iki ölkə arasında vəziyyətin yenidən necə sürətlə gərginləşə biləcəyini göstərir. İyirmi ildən sonra BMT və ATƏT-in müvafiq qurumları vasitəsilə biz əvvəl-axır bu münaqişənin həllinə nail olmalıyıq".

Parlament üzvü bildirib ki, Almaniyanın xarici siyasəti hər zaman beynəlxalq hüquqa əsaslanıb:

"Odur ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, əlbəttə ki, Dağlıq Qarabağ məsələsində bizim fəaliyyətimiz üçün rəhbər prinsiplərdir".

Vandervitz qeyd edib ki, bir ölkənin ərazi bütövlüyü məsələsi ümdə məsələdir.

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Ermənistan silahlı qüvvələri ərazidən çıxsa və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə, məcburi köçkünlər də öz torpaqlarına qayıda bilərlər. Məcburi köçkünlər məsələsi münaqişəsinin sülh yolu ilə həllində mərkəzi nöqtədir. Almaniya və Azərbaycan siyasi, iqtisadi və mədəni əməkdaşlıq kimi müxtəlif sahələrdə uzun illərdən bəri tərəfdaşlıq qurmağa müvəffəq olmuşdur. Eyni sözü Avropa Qonşuluq Siyasəti müstəvisində Azərbaycanla əlaqələrini formalaşdıran Avropa İttifaqı haqqında da demək olar. Bu yaxşı münasibətlər ölkənin Cənubi Qafqazda xüsusi mövqeyindən xəbər verir".

Vandervitz vurğulayıb ki, təkcə Azərbaycanla tərəfdaşlıq münasibətlərinə əsaslanaraq, Almaniya münaqişə iştirakçısı olan tərəflərin ən qısa zamanda danışıqlara başlamasında maraqlıdır.

Parlament üzvü qeyd edib ki, o vaxta kimi də münaqişənin sülh yolu ilə həllinə əngəl törədəcək heç bir addım atılmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti