Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycanın icazəsi olmadan ölkəmizin işğal olunmuş ərazilərinə səfər edən xarici vətəndaşlar ucuz və səviyyəsi aşağı olan adamlardır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
E.Aslanov bildirib ki, bu şəxslərin siyahısına baxdıqda onların ucuz və səviyyəsi aşağı olan, özü üçün piar etmək məqsədlə müxtəlif qalmaqal yaratmış şəxslərdir.
PA-nın şöbə müdirinin sözlərinə görə, onların səfəri Dağlıq Qarabağın tanınmasına səbəb olmur: "Həmin şəxslər öz subyektiv və merkantil maraqlarını təmin etrmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edirlər. Bu hal bizi narahat etmir. Bizi narahat edən həmin dövlətlərin öz vətəndaşlarına sanksiya tətbiq etməmələridir".