...

Mövqelərimiz yenidən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2013 09:34 (UTC +04:00)
Mövqelərimiz yenidən atəşə tutulub.
Mövqelərimiz yenidən atəşə tutulub

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Dünən və bu gecə mövqelərimiz yenidən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Xocavənd rayonunun Kropatkino, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx və Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti