...

Səfirlik: ABŞ hökümətinin Kaliforniya ştatının rəsmi şəxslərinin Dağlıq Qarabağa səfərinə aidiyyatı yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Sentyabr 2013 10:20 (UTC +04:00)
ABŞ hökümətinin Kaliforniya ştatından olan bir qrup rəsmi şəxsin barəsində xəbər verilən Dağlıq Qarabağa səfərinə aidiyyatı yoxdur.
Səfirlik: ABŞ hökümətinin Kaliforniya ştatının rəsmi şəxslərinin Dağlıq Qarabağa səfərinə aidiyyatı yoxdur

Azərbaycan, Bakı, 17 sentyabr / Trend, müxbir S.Əhmədova /

ABŞ hökümətinin Kaliforniya ştatından olan bir qrup rəsmi şəxsin Dağlıq Qarabağa barəsində xəbər verilən səfərinə aidiyyatı yoxdur. Bu barədə ABŞ-nın Azərbaycandakı səfirliyindən Trend-ə bildirilib.

"Biz Kaliforniyadan olan bir qrup rəsmi şəxsin Dağlıq Qarabağa səfər edəcəyi barədə KİV-nin məlumatları ilə tanışıq. ABŞ hökümətinin barəsində xəbər verilən səfərə aidiyyatı yoxdur".

ABŞ səfirliyi vurğulayıb ki, Amerika hökümətinin Dağlıq Qarabağa dair siyasəti dəyişməyib:

"Biz tərəfləri münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün birgə işləməyə çağırırıq".

Qeyd edək ki, Ermənistanın bəzi KİV-i Kaliforniyadan olan bir qrup şəxsin Ermənistana və onun işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edəcəyi barədə məlumat verib. Sözügedən səfərin 15-24 sentyabrda həyata keçirilməsi gözlənilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti