...

Parlamentarilər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Avropa Parlamentinin daha yaxından iştirakına tərəfdardırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2013 16:30 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçinin başçılıq etdiyi Avropa Parlamenti nümayəndə heyətini qəbul edib.
Parlamentarilər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Avropa Parlamentinin daha yaxından iştirakına tərəfdardırlar

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçinin başçılıq etdiyi Avropa Parlamenti nümayəndə heyətini qəbul edib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən veridiyi məlumata əsasən, görüşdə Azərbaycanla Avropa qurumları, o cümlədən Avropa Parlamenti arasında qurulmuş əməkdaşlığın əhəmiyyəti qeyd olunub və əlaqələrin daha da inkişaf etdirilməsi üçün keçirilən danışıqların hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi və seçki müşahidəçilərinin fəaliyyəti üçün yaradılmış şərait müzakirə olunub.

E.Məmmədyarov qonaqlara Azərbaycanın əsas makroiqtisadi göstəriciləri, əldə edilmiş iqtisadi və siyasi sabitlik, həyata keçirilmiş iri layihələr və ölkəmizin regionun inkişafına verdiyi töhfələr barədə məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir hazırkı status-kvonun qəbul edilməz olduğunu, münaqişənin nizamlanma prosesində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini xüsusi vurğulanıb.

Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri P.Arlaçi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində Avropa Parlamentinin daha yaxından iştirakına tərəfdar olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti