...

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2013 09:37 (UTC +04:00)
Ağdam rayonunun Mərzili kəndi yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Cəbhə xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Cəbhə xəttində gərginlik davam edir.

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Mərzili kəndi yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti