...

Ceyms Uorlik Ermənistanın sabiq xarici işlər naziri ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2013 14:35 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik çərşənbə axşamı Ermənistan XİN-in sabiq rəhbəri, "Çiçəklənən Ermənistan" fraksiyasından deputat Vardan Oskanyanla görüşüb.
Ceyms Uorlik Ermənistanın sabiq xarici işlər naziri ilə görüşüb

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik çərşənbə axşamı Ermənistan XİN-in sabiq rəhbəri, "Çiçəklənən Ermənistan" fraksiyasından deputat Vardan Oskanyanla görüşüb. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" xəbər verir.

Görüş zamanı Dağlıq Qarabağ nizamlaması ətrafında cari vəziyyət müzakirə olunub. Oskanyan bu problemə dair, eləcə də danışıqlar prosesinin irəliləməsi üçün mümkün vasitələri barədə öz fikirlərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti