...

ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin azalacağına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2014 17:27 (UTC +04:00)
ABŞ son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində müşahidə olunan gərginliyin azalacağına ümid edir.
ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin azalacağına ümid edir

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, S.Əhmədova/

ABŞ son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində müşahidə olunan gərginliyin azalacağına ümid edir. Trend-in məlumatına görə, bunu bazar ertəsi ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ADA Universitetinin tələbələri ilə görüşündən sonra jurnalistlərə deyib.

Onun sözlərinə görə, istənilən insan itkisi faciədir: "Qoşunların təmas xəttində bir neçə həftə ərzində gərginlik müşahidə olunur. Biz ümid edirik ki, gərginlik azalacaq".

Səfir qeyd edib ki, təmas xəttində gərginliyin artması danışıqlar prosesinə yardım etməyəcək və gözlənilməz nəticələrə səbəb ola bilər: "Biz hər iki tərəfi təmas xəttində atəşkəsə riayət etməyə və itkilərə səbəb ola biləcək fəaliyyətdən uzaq durmağa çağırırıq".

R.Morninqstar ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri yaxın vaxtlarda görüş məsələsi üzrə razılığa gələcəklər: "Məsələni həll etməyin yeganə yolu iki prezidentin danışıqlar masası arxasında oturması və konkret tədbirlər hazırlamaqdır".

Onun sözlərinə görə, Minsk qrupunun da danışıqlarda rolu var: "Biz vasitəçi rolunu oynaya, yardım edə, ideyalar fikirləşə bilərik. Lakin yekun nəticədə ölkələrin ağrılı məsələsi olan bu münaqişəyə son qoya bilmək üçün hər iki tərəfin siyasi iradəsi lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti