...

Siyavuş Novruzov: Ermənistan rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2014 14:58 (UTC +04:00)
"Bu gün Ermənistan rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər ki, gələcəkdə belə hadisələr təkrar olunmasın".
Siyavuş Novruzov: Ermənistan rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

"Bu gün Ermənistan rəhbərliyində təmsil olunanlar Xocalı faciəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər ki, gələcəkdə belə hadisələr təkrar olunmasın". Trend xəbər verir ki, bunu millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, Xocalıda baş verən hadisələrin iki əsas motivi var: "Bu da ondan ibarətdir ki, ermənilər illər boyu həm Azərbaycan, həm də türk soyuna qarşı müxtəlif cinayətlər törədiblər. İkinci motiv isə azərbaycanlıların gözünü qorxutmaqla ölkəmizin digər ərazilərinin işğal olunması ilə əlaqədardır. Lakin gələcək göstərəcək ki, azərbaycanlılar hələ öz sözünü deyəcək. Bunun əvəzi gec-tez alınacaq".

O, həmçinin qeyd edib ki, ermənilər öz saxta "soyqırımlarını" dünyada tanıtmaq üçün 100 ildir ki, öz lobbiləri ilə işlər görürlər. Ancaq Azərbaycan Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün 10 il ərzində kifayət qədər işlər görüb və bundan sonra da bu istiqamətdə işlər həyata keçiriləcək.

S.Novruzov müxalifət partiyalarını Xocalı soyqırımı ilə bağlı heç bir iş görməməkdə ittiham edib: "Bir neçə gündür Xocalı faciəsi ilə bağlı qəzet səhifələrində dünya ölkələrinə müraciətlər edilir, müxtəlif tədbirlər keçirilir. Ancaq nədənsə özünü radikal müxalifət adlandıran siyasi partiyalar bu barədə bir dənə də olsun tədbir keçirməyib. Xocalı tək iqtidarın faciəsi deyil. Siyasi baxışlarından asılı olmayaraq hamı zərbəni bir yerə vurmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti