...

Azərbaycanın Belçikadakı səfiri Xocalı faciəsi ilə bağlı "Gold FM" radiosuna müsahibə verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2014 15:49 (UTC +04:00)
Fevralın 25-də Azərbaycanın Belçika Krallığındakı səfiri, Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Belçikada yayımlanan "Gold FM" radiosunun canlı efirində çıxış edərək Xocalı faciəsi ilə bağlı ətaflı məlumat vermiş, hər il bu tarixdə Azərbaycan xalqı tərəfindən bu qanlı günün yad edildiyini qeyd etmişdir.
Azərbaycanın Belçikadakı səfiri Xocalı faciəsi ilə bağlı "Gold FM" radiosuna müsahibə verib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir S.Əhmədova/

Fevralın 25-də Azərbaycanın Belçika Krallığındakı səfiri, Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Belçikada yayımlanan "Gold FM" radiosunun canlı efirində çıxış edərək Xocalı faciəsi ilə bağlı ətaflı məlumat vermiş, hər il bu tarixdə Azərbaycan xalqı tərəfindən bu qanlı günün yad edildiyini qeyd etmişdir.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfir artıq bir neçə ölkənin, o cümlədən Pakistan, Meksika, Kolumbiya, Çexiya və Honduras parlamentlərinin, eyni zamanda, ABŞ-ın 14 ştatının yerli qanunverici orqanlarının Xocalı faciəsi ilə bağlı qərar və qətnamələr qəbul etdiyini bildirmiş və bu prosesin davamlı olacağına inandığını vurğulamışdır.

F.İsgəndərov Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən qanlı hadisə olduğuna diqqət çəkərək, bu hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kmi qiymətləndirmişdir.

Veriliş əsnasında canlı efirdə Azərbaycan-Belçika və Azərbaycan-Avropa İttifaqı münasibətləri, eləcə də regionda həyata keçirilən iri enerji layihələrində Azərbaycanın rolu müzakirə edilmiş, qarşı tərəfi maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti