...

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2014 18:33 (UTC +04:00)
Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirilib.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı və Dövlət Komitəsinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox soydaşımız iştirak edib.

Aksiyada çıxış edən BAK-ın sədri Sahil Qasımov, təşkilatın vitse-prezidenti Elsevər Məmmədov Avropa Parlamentindən Xocalı soyqırımının qəbul olunmasını və hüquqi qiymət verilməsini tələb ediblər.

Etiraz mitinqi daha sonra yürüşlə davam edib. Əllərində Azərbaycan bayraqları və Xocalıya ədalət tələb edən plakatlar tutmuş nümayişçilər etiraz aksiyasını Ermənistan səfirliyi qarşısında başa çatdırıblar.

Mitinqdən sonra Brüsseldəki mərkəzi hotellərdən birinin kino zalında Vahid Mustafayevin "Xoca" adlı filmi nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti