...

Budapeştdə Xocalı soyqırımının 22-ci ildönümü münasibəti ilə aksiya keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Fevral 2014 13:34 (UTC +04:00)
Budapeştdə fəaliyyət göstərən Azərbaycan-Macarıstan gənclər təşkilatının üzvləri ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətin - Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar paytaxtın Qəhrəmanlar meydanında aksiya keçiriblər.
Budapeştdə Xocalı soyqırımının 22-ci ildönümü münasibəti ilə aksiya keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir S.Əhmədova/

Budapeştdə fəaliyyət göstərən Azərbaycan-Macarıstan gənclər təşkilatının üzvləri ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətin - Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar paytaxtın Qəhrəmanlar meydanında aksiya keçiriblər.

Trend-in Azərbaycanın Macarıstandakı səfirliyinə istinadən verdiyi məlumata görə, bir saata yaxın davam edən aksiya zamanı "Xocalı üçün ədalət!" şüarı səsləndirilib, şəhər sakinlərinə və meydanda olan turistlərə Xocalı soyqırımı ilə bağlı şəkillər və broşürlər paylanıb, soyqırım qurbanlarının xatirəsini anmaq məqsədi ilə şamlar yandırılıb. İldönümü ərəfəsində gənclər təşkilatının üzvləri eyni zamanda, sosial şəbəkələrdə Azərbaycanda erməni işğalı, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında geniş məlumat blokları yerləşdirilib.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti