...

Ermənistan hərbçiləri Azərbaycan ərazilərini atəşə tutmaqda davam edirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2014 09:32 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan hərbçiləri Azərbaycan ərazilərini atəşə tutmaqda davam edirlər

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 23 dəfə pozulub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti