...

Azərbaycan Ordusunun əsgəri erməni gülləsindən yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Aprel 2014 09:58 (UTC +04:00)
Cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Azərbaycan Ordusunun əsgəri erməni gülləsindən yaralanıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 23-ü saat 20:40 radələrində Qəbələ rayonundan hərbi xidmətə çağırılmış N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Məcidov Elnur Əli oğlu döyüş növbətçiliyi çəkərkən düşmən gülləsinə tuş gəlib.

Yaralı əsgər ağır vəziyyətdə hospitala yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti