Azərbaycan, Bakı, 14 may /Trend/
ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və İqor Popov (Rusiya) mayın 16-da Yerevana səfər edəcəklər.
Trend-in "Armenia Today"ə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan öz "Twitter" səhifəsində yazıb.