...

İlqar Rəhimov: Ermənistanın Azərbaycana təcavüzü nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş insanların 235 min nəfəri 15 yaşınadək uşaqlardır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 İyun 2014 16:02 (UTC +04:00)
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş insanların 38 faizi (təxminən 235 min nəfəri) 15 yaşınadək uşaqlardır.
İlqar Rəhimov: Ermənistanın Azərbaycana təcavüzü nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş insanların 235 min nəfəri 15 yaşınadək uşaqlardır

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İlkin İzzət/

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş insanların 38 faizi (təxminən 235 min nəfəri) 15 yaşınadək uşaqlardır. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Ombudsmanların XII Bakı Beynəlxalq konfransında "Azərbaycanda qadın və uşaqların sosial müdafiəsi" mövzusunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu vəziyyət respublikada uşaq əməyindən istifadə hallarının azaldılması probleminin həllini çətinləşdirir.

Nazir müavini həmçinin qeyd edib ki, dövlət nəzarəti zamanı iş yerlərində yaşı 18-dən az olan şəxslərin əmək hüquqlarının pozulması ilə bağlı müəyyən faktlar aşkarlanıb: "2012-ci ildə 5, 2013-cü ildə 6 belə fakt aşkar edilib. Uşaqları işə götürənlərə qarşı uşaq əməyinin istismarına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq məbləğdə cərimələr tətbiq olunub. Bu qanun pozuntuları əsasən ictimai iaşə, ticarət və təsərrüfatın digər sahələrində aşkar edilib".

İ.Rəhimov bildirib ki, 2014-cü ilin I rübündə dövlət nəzarəti zamanı uşaq əməyi ilə bağlı hüquqazidd hal aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti