...

Ermənilərin atəşkəsi pozması nəticəsində yaralanan mülki şəxslərin sayı 3-ə çatıb (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2014 10:03 (UTC +04:00)
Tovuzun Ermənistanla həmsərhəd olan 3 kəndində atışma baş verib.
Ermənilərin atəşkəsi pozması nəticəsində yaralanan mülki şəxslərin sayı 3-ə çatıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Tovuzun Ermənistanla həmsərhəd olan 3 kəndində atışma baş verib.

Trend Türkel TV-yə istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq kəndlərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinə layiqli cavab verilsə də, bir nəfər Əlibəyli kənd sakini yaralanıb.

Ermənistan silahlı qüvvələri Tovuzun Əlibəyli, Hacallı və Koxanəbi kəndlərini atəşə tutub. Atışma iyulun 19-da, saat 18 radələrində başlayıb. Təxminən 5 saat davam edən atışma zamanı Əlibəyli kənd sakini Ənayət Əliyeva yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

46 yaşlı qadını evə atılan iriçaplı gülənin yaratdığı qəlpələr yaralayıb. Üç yerindən - ayağından, qolundan və qarın boşluğundan yaralanan Ə.Əliyevanın vəziyyəti stabildir.

Sakinlər ermənilərin kəndi iriçaplı silahlardan, ara-sıra isə partladıcı təyinatlı silahlardan atəşə tutduğunu deyirlər.

Düşmənin xain həmləsinə Silahlı Qüvvələrimiz layiqli cavabı verib. Hazırda kəndlərdə vəziyyət stabildir.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Tovuzda güllə yarası alan sakinlərin sayı 3-ə çatıb. Ötən gündən fəallaşan düşmən Tovuzun Əlibəyli kəndinin daha 2 sakinini yaralayıb. 72 yaşlı Qaraqız Nağıyeva və onun 5 yaşlı nəvəsi Nurcan Nağıyeva Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Q.Nağıyeva ayaq barmaqlarından güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Nəvəsi isə ambulator müayinədən sonra evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti