...

"Leyla Əliyeva: "Xocalıya Ədalət!" adlı üçcildlik əsərin təqdimatı keçiriib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2014 10:57 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, "Xocalıya Ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma kampaniyasının və "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin "Leyla Əliyeva: "Xocalıya Ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) adlı üçcildlik əsərinin təqdimatı keçirilib.
"Leyla Əliyeva: "Xocalıya Ədalət!" adlı üçcildlik əsərin təqdimatı keçiriib

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, "Xocalıya Ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma kampaniyasının və "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin "Leyla Əliyeva: "Xocalıya Ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) adlı üçcildlik əsərinin təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyinin prezidenti, yazıçı-publisist, əməkdar jurnalist Vasif Səmədov açaraq kitab haqqında məlumat verib.

Daha sonra Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru, professor Aytən Mustafayeva, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru, professor, Fəlsəfə Cəmiyyətləri Federasiyasının üzvü Rahid Ulusel çıxış ediblər.

Çıxışçılar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən "Xocalıya Ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma kampaniyasının 5 illiyinə həsr edilmiş bu üçcildlik kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı yaşayış məntəqəsində törətdikləri soyqırımdan bəhs olunduğunu, kitabın mövzusunun Xocalı soyqırımı olmasına baxmayaraq, əslində bu əsərdə ümumilikdə Qarabağ faciəsinin bütün kəskinliyi və amansızlığının əks olunduğunu xüsusi vurğulayıblar.

"Leyla Əliyeva: "Xocalıya Ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model) kitabının səciyyəvi xüsusiyyətlərindən biri odur ki, burada "Xocalıya Ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma kampaniyasının beş illik fəaliyyətinin nəticələrinin dəyərləndirilməsinə, "Xocalıya Ədalət!" hərəkatının milli, regional və beynəlxalq səviyyələrdə gördüyü işlərin əhəmiyyətinə xüsusi diqqət verilib.

Kitabın üçüncü cildində xüsusi diqqət çəkən məqamlardan biri də məhz erməni mənşəli dünya alimlərinin tarixi faktlar haqqında söylədikləri fikirlərdir. Belə ki, bu ziyalılar dövrü mətbuat səhifələrində və elmi tədqiqat əsərlərində öz erməni həmkarlarına tarixi həqiqətləri təhrif etmələri barədə sərt ittihamlar səsləndiriblər. Nümunə kimi bu məqalələrdən bir neçəsi kitabın məhz sonuncu cildində oxuculara təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti