...

Mübariz Əhmədoğlu: Son vaxtlar hərbi insidentlərin ağırlıq mərkəzi yerini dəyişir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2014 14:11 (UTC +04:00)
Azərbaycanla Ermənistanın qoşunlarının həm Dağlıq Qarabağda, həm də DQ-dən kənardakı təmas xəttlərində hərbi intensivlik sayca artır, xaraktercə kəskinləşir.
Mübariz Əhmədoğlu: Son vaxtlar hərbi insidentlərin ağırlıq mərkəzi yerini dəyişir

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Azərbaycanla Ermənistanın qoşunlarının həm Dağlıq Qarabağda, həm də DQ-dən kənardakı təmas xəttlərində hərbi intensivlik sayca artır, xaraktercə kəskinləşir. Ölən ermənilərin içərisində polkovnik və mayor rütbəli hərbçilər də var. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq deyib ki, son vaxtlar hərbi insidentlərin ağırlıq mərkəzi yerini dəyişir. Azərbaycan-Ermənistan sərhədində hərbi insidentlərin sayı daha intensiv artır: "Vardenisdə (Basarkeçər) əhali bir neçə gün panikada oldu. Əhalini qorxuya salan Azərbaycanın guya diversiya qrupunun Ermənistan Respublikasına bu rayondan girməsi haqqında yayılan məlumatlar idi. Yerli ermənilər belə güman edirdilər ki, Azərbaycan hərbçiləri Kəlbəcərdə suyu zəhərləyib indi Vardenisə gəliblər".

M.Əhmədoğlu deyib ki, Ermənistan Respublikasının ərazisinə Azərbaycan hərbçilərinin daxil olması ilə bağlı məlumatlar yeni keyfiyyət vəziyyətinin yarandığını göstərir: "Bu vaxtadək erməni hərbçiləri Azərbaycanın ərazisində idi, indi müvəqqəti də olsa Azərbaycan hərbçiləri Ermənistan Respublikasının ərazisinə daxil oldular. Erməni rəsmiləri və siyasilərinə məsləhət görərdik ki, son üç ildə Azərbaycan və Ermənistan hərbçiləri arasında baş verən toqquşmaların kontent-analizini aparsınlar. Ağıllarına gəlməyən mənzərə ilə rastlaşacaqlar. Azərbaycan hərbiçilərinin Ermənistan Respublikasının ərazisinə daxil olması intensivləşəcək və hərbçilərimiz Ermənistanda daha uzun müddət qalacaq. Kontent-analizdən çıxan birinci nəticə budur. Dağlıq Qarabağda hərbi əməliyyatlar qısa müddətdə siyasi rəng qazana bilər. Siyasi rəngin Azərbaycanın xeyrinə olacağı çox ehtimallıdır. Lakin söhbət təkcə Dağlıq Qarabağ problemindən getmir, həm də erməni məsələsinin həllindən gedir".

Politoloq qeyd edib ki, ermənilərin ağlı varsa, qısa müddət ərzində Dağlıq Qarabağdakı qoşunlarını çıxarıb Azərbaycanla həmsərhəd ərazilərini möhkəmləndirsinlər: "Rusiyanın Ermənistandakı qoşunlarına zərrə qədər arxayın olmasınlar. Rusiyanın Ermənistandakı hərbi bazasının qarşısında duran əsas məsələ Ermənistanın MDB üzvü olmayan dövlətlərlə sərhədini qorumaqdır. Əgər ermənilər Dağlıq Qarabağdakı qoşunlarını çıxarmayacaqsa, Dağlıq Qarabağın ərazisi miqdarda ərazini ələ keçirib, sonradan onu Ermənistanla mübadiləyə getmək olar. Burada da əsas məsələlərdən biri tarixin icazə verməsidir, Azərbaycan hərbiçiləri Zəngəzuru ələ keçirəcəklərsə, bu heç bir şərt daxilində Ermənistana qaytarılmayacaq. Çünki Zəngəzurun ələ keçirilməsi nəinki Dağlıq Qarabağ, ümumiyyətlə Ermənistan məsələsinin həlli deməkdir. Müharibə faktiki olaraq başlayıb. İndi blitskriqin vaxtını müəyyənləşdirməyin zamanıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti