...

Bu gün Azərbaycan BQXK ilə birlikdə Kəlbəcərdə öldürüldüyü deyilən azərbaycanlının taleyi ilə bağlı bəyanat yayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyul 2014 12:42 (UTC +04:00)
Bu günün sonunda Azərbaycan dövləti Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə birlikdə Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən öldürüldüyü deyilən azərbaycanlının taleyi ilə bağlı birgə bəyanat yayacaq.
Bu gün Azərbaycan BQXK ilə birlikdə Kəlbəcərdə öldürüldüyü deyilən azərbaycanlının taleyi ilə bağlı bəyanat yayacaq

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İlkin İzzət/

Bu günün sonunda Azərbaycan dövləti Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə birlikdə Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən öldürüldüyü deyilən azərbaycanlının taleyi ilə bağlı birgə bəyanat yayacaq. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan tərəfi Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı BQXK nümayəndələri ilə tez-tez görüşlər keçirir.

Ə.Həsənov deyib ki, girov götürülən azərbaycanlılar Ermənistan tərəfindən təzyiq və işgəncələrə məruz qalırlar: "Cenevrə Konvensiyasına uyğun olaraq müharibə aparan ölkələrin girov və mülki şəxslərlə davranış qaydaları var. Neçə gün keçib. Nə üçün Ermənistan tərəfi BQXK-ya azərbaycanlı girovlarla görüşməyə imkan vermir? Çünki onların başlarına min oyun açırlar. Onlara işgəncələr verirlər, danışdırırlar, iynə vurub min cür şey yeridirlər".

Bununla yanaşı, Əli Həsənov mətbuatı və girovların yaxınlarını təmkinli və diqqətli olmağa çağırıb. O, bildirib ki, bu məsələ ilk gündən Azərbaycan Prezidentinin diqqətindədir və onun tapşırığı ilə dövlət bu məsələ ilə məşğuldur.

Əli Həsənov bildirib ki, BQXK-ya edilən ciddi xəbərdarlıqdan sonra bu təşkilat nəticə çıxararaq əməli fəaliyyətə keçib: "Artıq onlar da bundan nəticə çıxarıblar. Bu gün yayılacaq bəyanat da həmin fəaliyyətin nəticəsi kimi dəyərləndirilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti