...

Şəhid əsgərimiz Sumqayıtda dəfn olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2014 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan, Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış 1995-ci il təvəllüdlü Abdinov Hüseyn Etibar oğlu bu gün Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Trend-in məlumatına görə, dəfn mərasimində Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, onun müavinləri, millət vəkilləri Musa Qasımlı, Eldar İbrahimov, Hüseynbala Mirələmov, YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev, hüquq-mühafizə orqanlarının işçiləri, şəhidin qohum-əqrəbası, ictimaiyyət nümayəndələri və şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digır kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti