...

İcra başçısı: Bəzən Qarabağdan elə danışırlar, elə bil bura Hondurasdır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Avqust 2014 04:33 (UTC +04:00)
Son günlər bir neçə şəhidimizin yas mərasimində iştirak etmişik.
İcra başçısı: Bəzən Qarabağdan elə danışırlar, elə bil bura Hondurasdır (FOTO)

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir İlkin İzzət/

Son günlər bir neçə şəhidimizin yas mərasimində iştirak etmişik.

Gördüyümüz mənzərə budur ki, heç bir şəhid ailəsi övladının şəhidliyi üçün az da olsa təəssüf hissi keçirmir. Hamı arxayın olsun ki, cəbhədə itkilərimizin hər birinin əvəzi 5-10 qat çıxılır. Bizim şəhidlərimizin ruhu onda şad olacaq ki, torpaqlarımızı azad edək. Biz çalışmalıyıq ki, onların uğrunda şəhid olduqları məqsədlərini həyata keçirək. Biz üçrəngli bayrağınızı Qarabağın bütün şəhərlərində mütləq sancacıq.

Trend-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsində şəhid əsgər Quliyev Sənan Qeyrət oğlunun yas mərasiminin 7-ci günündə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov deyib.

E.Hüseynov bildirib ki, Azərbaycan Ordusu əvvəlki ordu deyil, artıq çox dəyişikliklər hiss olunur. Ona görə də hamı Ali Baş Komandanın döyüş əmrini gözləyir: "Son zamanlar Azərbaycan ordusunda daha da yaxşı dəyişikliklər və bunun da nəticəsində böyük inkişaf var. Hazırda ordumuz işğal altındakı torpaqlarımızı azad etmək iqtidarında və qətiyyətindədir.

İnanıram ki, tezliklə torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandan tərəfindən əmr veriləcək. Bu həm də xalqın istəyidir".

İca başçısı qeyd edib ki, Xocavənddən elə bir ailə yoxdur ki, oradan kimsə şəhid olmasına. İndi yas mərasiminə yığışdığımız şəhid Sənan Quliyevin əmisi də vaxtilə erməni silahlı birləşmələri ilə döyüşdə şəhid olub. Bu gün sağ qalanlar da hamılıqla döyüşə getməyə hazırdır: "Bütün xocavəndlilər Qarabağ müharibəsində çox fəal iştirak ediblər. Demək olar ki, müharibədə iştirak etməyən elə bir xocavəndli ailəsi yoxdur. Onlar 1992-ci ilin 14-17 fevral tarixlərində ermənilərin Qarabağda terror aktları keçirən ən təşkilatlanmış qoşunlarına qarşı qəhrəmancasına döyüşüblər. Lakin sonda 114 nəfər ermənilərə əsir düşüb. Əsirlərdən 55 nəfər qəddarcasına qətlə yetirilib".

Onun sözlərinə görə, ölkədə bəzi şəxslər cəbhə bölgəsindəki vəziyyətlə bağlı yaydığı yalnış məlumatlarla qeyri-normal atmosfer, çaşqınlıq yaratmağa çalışırlar ki, bu da bölgədə insanların əhval-ruhiyyəsinə mənfi təsir edir: "Bu torpaqlarının hər qarışı bizim qəhrəman övladlarımızın qanı ilə suvarılıb. Çox təəssüf ki, cəbhədəki son hadisələrlə bağlı döyüşlərdə olmayan, ordu haqqında heç bir təsəvvürü olmayan, səngər görməyən, bir dəfə də olsun cəbhəyə gəlməyən insanlar elə yanlış məlumatlarlar yayırlar ki, əhali arasında qeyri-normal atmosfer yaradırlar. Düşünürəm ki, KİV və vətəndaş cəmiyyətinin nümayəndələri cəbhə bölgəsinə tez-tez gəlib buradakı vəziyyətlə tanış olmalı, reallığı yaxından görməlid və cəmiyyətə düzgün informasiya çatdırmalıdırlar".

Bununla belə, o, ölkədə Qarabağ problemindən xəbərsiz olan insanların varlığından utandığını deyib: "Bəzən Qarabağdan elə danışırlar ki, elə bil bura Hondurasdır. Qarabağ bizimdir, bu səngərlər bizimdir, orada dayanan əsgərlər də bizimkidir. Bizim ziyalı insanların, mətbuatın, sıravi vətəndaşların bunu bilməməsi ayıbdır. Qəhrəman oğullarımız şəhid olmaqla vətəni bizə sevdiribər. Biz torpağın qədrini bilməmiş ona Vətən kimi yox, torpaq kimi baxırdıq. 20 mindən çox şəhidimizə görə biz Vətənimizi sevib onun uğrunda döyüşmək istəyirik.

Son günlər cəbhədə şəhid olan əsgərlərimiz cəmiyyətdə oyanış yaratdılar. Şəhidlərimizin ən böyük xidmətlərindən biri də bu oldu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti