Cəbhədə atəşkəs növbəti dəfə pozulub, düşmən susdurulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Sentyabr 2014 09:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlkin İzzət/

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi növbəti dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti