...

Ekspert: Rusiya Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlana biləcəyindən narahatdır (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2014 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Yelena Kosolapova/

Rusiya Azərbaycanla daha bərabər perspektivli əlaqələrin qurulmasına maraq göstərir. Bunu bazar ertəsi Bakıda, Trend İnformasiya Agentliyində keçirilən mətbuat konfransında Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov bildirib.

Onun sözlərinə görə, Ukraynadakı hadisələrdən sonra Moskvada hansısa ölkələrlə münasibətlərdə olan səhvlərin aradan qaldırılması və düzəldilməsi üçün digər postsovet məkanı ilə münasibətlərin yenidən qiymətləndirilməsi aparılır: "Azərbaycanla bu balansı bərpa etmək və yaxşılaşdırmaq istəyi var".

Ekspert qeyd edib ki, Moskvada heç kimin Azərbaycanı Avrasiya İqtisadi Birliyinə "aldadıb salmaq"la bağlı xüsusi illüziyası yoxdur.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, F.Lukyanov deyib ki, 20 il əvvəl "stavka" edilmiş cari dondurulmuş status-kvo etibarlı deyil və Rusiya dünyada, xüsusilə də bütün postsovet məkanında artan qeyri-sabitlik fonunda bu münaqişənin yenidən alovlana biləcəyindən ciddi narahatdır.

Eyni zamanda, onun sözlərinə görə, bu münaqişədəki xarici oyunçular vəziyyətin kökündən dəyişməməsində və münaqişənin dondurulmuş qalmasında maraqlıdırlar: "Əgər bu münaqişə bacarıqsız təsirlə nisbi tarazlıq vəziyyətindən çıxarılacaqsa, onda bütün xarici qüvvələr üçün xərclər inanılmaz dərəcədə böyük olacaq... [Onlar üçün] bu gün qeyri-müəyyəm status-kvonun saxlanmasının mümkün olduğu risklərdən üstün nəsə dəyişdirmək üçün müdaxilə riski daha yüksəkdir. Xarici oyunçular üçün kifayət qədər başqa, onların nöqteyi-nəzərincə daha mühüm çağırışlar mövcuddur. Hesab edirəm ki, ehtirasları sakitləşdirmək üçün bir qədər diplomatik fəallaşma gözləmək olar, lakin məncə, [münaqişənin həllində] irəliləyiş gözləməyə dəyməz!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti