Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mühüm rol oynaya bilər. Trend xəbər verir ki, bu barədə Türkiyə Baş nazirinin xarici siyasət üzrə müşaviri İbrahim Kalının yerli "Sabah" qəzetində dərc olunmuş məqaləsində deyilir.
Kalın bildirib ki, Türkiyə-Rusiya münasibətlərinin gələcək inkişafı Cənubi Qafqazdakı vəziyyətdə də öz əksini tapa bilər.
Müşavirin məqaləsində deyilir ki, Azərbaycan ilə Ermənistan, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması yalnız Dağlıq Qarabağ münaqişəsinin nizamlanacağı halda mümkündür.