...

İzmitdə Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Dekabr 2014 14:35 (UTC +04:00)
Türkiyənin İzmit şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq.
İzmitdə Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin İzmit şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq. Bu barədə Trend Türkiyənin "Marasgundem" internet portalına istinadən xəbər verir.

Məlumata əsasən, İzmit bələdiyyə başçısı bildirib ki, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün bundan sonra da hər cür fəaliyyət göstərəcəklər.

Məlumatda o da qeyd olunur ki, abidənin üzərində Xocalı faciəsi zamanı qətlə yetirilən insanların adları yazılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti