...

İsveç Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Fevral 2015 18:37 (UTC +04:00)
İsveç Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında lazımi dəstəyi verməyə hazırdır.
İsveç Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verməyə hazırdır

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında İsveçin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Orta Asiya üzrə departamentinin direktor müavini Terese Hyden, İsveç Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Latın Amerikası üzrə bölməsinin rəhbəri Mirja Peterson və İsveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Tomas Danestadla görüş keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonaqlara geniş məlumat verərək bildirib ki, Şura QHT-lərlə dövlət arasında körpü rolunu oynamaqla yanaşı, onlara konsultativ, məlumat, texniki, maddi və digər sahələrdə hərtərəfli dəstək verir.

Qonaqlar QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklərin mahiyyəti, onların xarici donorlar qarşısında qoyduğu tələblər və İsveçlə Şura arasında əməkdaşlıq imkanları haqqında maraqlandıqlarını bildiriblər.

Görüşdə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan və Avropa İttifaqı münasibətləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xanım T.Hyden bildirib ki, İsveç Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında lazımi dəstəyi verməyə hazırdır.

Sonda Şura ilə İsveç XİN arasında əməkdaşlıq imkanlarına dair müzakirələrin davam etdirilməsi haqqında razılığa gəlinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti