...

XİN: Azərbaycan sülh sazişi layihəsi üzərində ciddi danışıqlara başlamağa hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Fevral 2015 18:48 (UTC +04:00)
Görüşdə həmsədrlərlə sülh sazişi üzərində işə başlama üzrə fəaliyyət qrafiki müzakirə olunub.
XİN: Azərbaycan sülh sazişi layihəsi üzərində ciddi danışıqlara başlamağa hazırdır

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov atəşkəsin pozulması hallarından danışarkən, ilk növbədə, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq, həmsədrlər tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunmasının vacibliyini vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının münaqişənin həlli və etimadın yaradılmasında irəliyə doğru mühüm addım olacağını qeyd edən xarici işlər naziri sülh sazişinin layihəsi üzərində ciddi danışıqlara başlamağın zəruri olduğunu vurğulayaraq Azərbaycanın buna hazırlığını ifadə edib.

Görüşdə həmsədrlərlə sülh sazişi üzərində işə başlama üzrə fəaliyyət qrafiki müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti