...

SHXÇDX-nin rəis müavini: Günahsız uşaqların qanı yerdə qalmamalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2015 16:31 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Nizami Kino Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib.
SHXÇDX-nin rəis müavini: Günahsız uşaqların qanı yerdə qalmamalıdır

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlkin İzzət/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Nizami Kino Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, mərasimə Bakı, eləcə də Cəbrayıl, Laçın, Şuşa, Zəngilan rayonlarından olan çağırışaqədərki hazırlıq rəhbərləri və məktəblilər qatılıblar.

Öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev Xocalı soyqırımının Azərbaycan xalqının tarixində qanla yazılan səhifə olduğunu vurğulayıb. O, qəddarlıqla qətlə yetirilən 613 Xocalı sakininin arasında 63 uşağın olduğunu qeyd edərək bildirib ki, bu faktlar hər bir gəncin yaddaşına həkk edilməli, günahsız uşaqların qanı yerdə qalmamalıdır: "Sizlər Vətənin müdafiəsinə qalxanda da ilk növbədə bu hadisələri göz önünə gətirməlisiniz. Günahsız uşaqların, hər bir şəhidin qanını yerdə qoymamaq bizim əsas tapşırığımızdır. Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə biz hərbçilər işğal altında olan torpaqlarımızı düşmənlərimizdən azad edəcəyik".

Z.Abdullayev Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünyada tanıtdırılması istiqamətində gördüyü işlərdən də söz açıb: "Bu tədbirlər təkcə fevralın 26-da həyata keçirilmir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası davamlı olaraq aparılır. Siz gənclər təbliğat işlərinə daha aktiv qoşulmalı, haqq səsimizi dünyaya çatdırmalısınız".

Anım mərasimi "Xoca" filminin nümayişi ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti