...

Girov Dilqəm Əsgərovun taleyi Rusiya XİN-in diqqət mərkəzindədir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2015 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Səba Ağayeva/

"Girov Dilqəm Əsgərovun taleyi Rusiya XİN-in diqqət mərkəzindədir və bu məsələyə beynəlxalq vasitəçi səyləri çərçivəsində humanitar aspektdən baxılır". Bunu Rusiya Xarici İşlər Nazirliyindən Krım azərbaycanlıları icmasının sorğusuna cavab olaraq bildiriblər. Bu barədə Trend-ə icmadan məlumat verilib.

Cavabda deyilir: "Dilqəm Əsgərova kömək edilməsi ilə bağlı Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrova göndərdiyiniz müraciətlə əlaqədar bildiririk ki, bu məsələ Rusiya XİN-in diqqət mərkəzindədir. Bu məsələyə beynəlxalq vasitəçi səyləri çərçivəsində humanitar aspektdən baxırıq. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Əsgərovun Rusiya vətəndaşı olması məlumatı dəqiqliklə tədiqlənməyib və yoxlanılır".

Cavab Rusiya XİN-in Müstəqil Dövlətlər Birliyinin Dördüncü Departamenti tərəfindən hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti