...

Minsk qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin səmərəli danışıqlarını gözləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Sentyabr 2015 13:44 (UTC +04:00)
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında səmərəli danışıqlar gözləyir.
Minsk qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin səmərəli danışıqlarını gözləyir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında səmərəli danışıqların olacağını gözləyir. Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter" səhifəsində yazıb.

C.Uorlik qeyd edib ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşmək üçün yaxın vaxtlarda Nyu-Yorka gələcək: "Biz səbirsizliklə səmərəli danışıqları gözləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti