Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/
Ermənistan və Azərbaycan silah tətbiqindən imtina etməlidirlər.
Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter-dəki səhifəsində yazıb.
O bildirib: "Ermənistan və Azərbaycan təcavüz və ya qisas aktı olmasından asılı olmayaraq, silah tətbiq etməkdən imtina etməldirlər".