...

Həmsədrlər Almaniya XİN rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2015 11:56 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrye (Fransa) Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüş keçiriblər.
Həmsədrlər Almaniya XİN rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrye (Fransa) Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüş keçiriblər.

Trend-in məlumatına görə, bu barədə C.Uorlik "Twitter" sosial şəbəkəsində yazıb.

Minsk qrupunun həmsədrləri Almaniyanın ATƏT-də sədrliyi ərəfəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Berlindədirlər.

ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrın 3-4-də Belqradda keçiriləcək.

İclas zamanı təşkilatda sədrlik Serbiyadan Almaniyaya keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti