...

XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə qətiyyətli səylər göstərəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2015 16:51 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə sıçrayış olmadı.
XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə qətiyyətli səylər göstərəcək

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə sıçrayış olmadı. Trend-in məlumatına görə, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib: "Güman edirik ki, baş tutmuş sammit Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işinin müəyyən mərhələsidir".

M.Zaxarovanın sözlərinə görə, prezidentlərin üz-üzrə danışmaq və bütün təklifləri müzakirə etmək, eləcə də mübahisəli məsələlər üzrə mövqeləri dəqiqləşdirmək imkanı olub.

XİN nümayəndəsi qeyd edib ki, görüşdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış qeyri-qənaətbəxş vəziyyət nəzərdən keçirilib: "Rusiya tərəfi münaqişənin siyasi-diplomatik yolla dinc həllinə yönəlmiş yüksək səviyyədə keçirilən dialoqun davam etdirilməsinə müsbət yanaşır. ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti davam etdiriləcək və bundan başqa, Rusiya Minsk qrupunun həmsədrləri ilə razılaşdırılmış yanaşmalar əsasında tərəflərə güzəşt əldə etməyə kömək etmək məqsədilə qətiyyətli səylər göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti