...

Uorlik: Atəşin dərhal dayandırılması lazımdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2016 01:17 (UTC +04:00)
Необходимо немедленное прекращение огня и переговоры, ведущие к всеобъемлющему урегулированию
Uorlik: Atəşin dərhal dayandırılması lazımdır

Bakı. Trend:

Atəşin dərhal dayandırılması və hərtərəfli danışıqların aparılması lazımdır.

Trend-in məlumatına əsasən, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Ötən gün və gecə atəşkəsin pozulması nəticəsində daha 3 hərbi qulluqçumuz şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti