...

Angela Merkelə müraciət: Niyə azərbaycanlıların taleyi sizi biganə qoyur?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Aprel 2016 14:57 (UTC +04:00)
Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü ilə əlaqədar Almaniya Kansleri Angela Merkele məktub ünvanlayıb.
Angela Merkelə müraciət: Niyə azərbaycanlıların taleyi sizi biganə qoyur?

Trend-i buradan izləyin

Bakı. Trend:

Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü ilə əlaqədar Almaniya Kansleri Angela Merkele məktub ünvanlayıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məktubda AAK Azərbaycanın işğal olunmuş ərazilərdə mövcud vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.

Etiraz məktubunda qeyd edilib ki, Ermənistan hərbi qüvvələri müharibənin yenidən başlaması üçün təxribat aktları ilə çıxış ediblər. Bu təxribat nəticəsində Azərbaycanın dinc əhalisindən ölən və yaralananlar olub, xeyli sayda ailələrin əmlakına ziyan dəyib.

Daha sonra məktubda Dağlıq Qarabağ münaqişəsinə dair tarixi və statistik məlumat verilərək, bu münaqişənin həll edilməsinin bütün regionun inkişafı üçün əhəmiyyətli olacağı qeyd edilib.

Məktubda Angela Merkelin dünyəvi dövlət başçısı, tolerant şəxsiyyət olduğu qeyd olunub, onun mürəkkəb böhran nöqtələrində nümayiş etdirdiyi prinsipal mövqe yüksək dəyərləndirilib. Eyni zamanda Merkelə açıq sual ünvanlanıb: "Bəs niyə azərbaycanlılar müstəsnadır, niyə azərbaycanlıların taleyi Sizi biganə qoyur?"

Məktubda qeyd edilib ki, Ermənistan işğalçılıq siyasətini dayandırmalı və Birləşmiş Millətlər Təşkilatların Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etməlidir.

AAK Angela Merkelə Avropada yaşayan azərbaycanlıların adından Azərbaycanın ərazi bütövlüyü məsələsində ədalətli münasibət tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti