...

Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi tərəfləri atəşkəs sazişinə ciddi əməl etməlidirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 May 2016 13:16 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi tərəfləri münaqişənin hərtərəfli sülh nizamlanmasına nail olunması üçün atəşkəs sazişinə ciddi əməl etməlidirlər.
Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi tərəfləri atəşkəs sazişinə ciddi əməl etməlidirlər

Bakı. Anaxanım Hidayətova - Trend:

Dağlıq Qarabağ münaqişəsi tərəfləri münaqişənin hərtərəfli sülh nizamlanmasına nail olunması üçün atəşkəs sazişinə ciddi əməl etməlidirlər. Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, bu, ABŞ-ın Minsk qrupunun həmsədr ölkəsi kimi mövqeyidir: "Dağlıq Qarabağ münaqişəsi hərbi yolla nizamlana bilməz".

Bəzi erməni məmurların Ermənistanın nüvə silahının olması barədə bəyanatlarını şərh edən C.Uorlik qeyd edub ki, nüvə və radioaktiv materialların təhlükəsizliyi nüvə terrorçuluğunun qarşısının alınması işində vacib elementdir: "ABŞ nüvə materiallarının qanunsuz yerdəyişməsi hallarının qarşısının alınması, aşkarlanması, cavab tədbirlərinin görülməsi sahəsində qabaqcıl ölkələrlə əməkdaşlıq edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti