...

Lavrov və Kerri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2016 14:51 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri bu gün Vyanada görüş zamanı Dağlıq Qarabağdakı, Suriya və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib.

S.Ryabkov qeyd edib: "Bu gün əsas mövzu - Suriya və Dağlıq Qarabağ, eləcə də Ukrayna və ikitərəfli münasibətlərdir".

Daha öncə S.Lavrov Vyanada S.Kerri ilə görüşmək niyyəti barədə bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti